Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri dünən gecə saat 21.25-dən 21.35-dək Azərbaycan Milli Ordusunun Qazax rayonunun Məzəmli kəndi və kəndin yaxınlığındakı döyüş məntəqələrini, saat 23.40-dan 02.00-dək Füzuli rayonunun Mehdili və Horadiz kəndləri yaxınlığındakı mövqelərini atəşə tutublar. Bu barədə cümə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.