...

Rusiyanın hüquq-mühafizə orqanları Ağəli Alışovun yaralanması faktı üzrə cinayət işi qaldırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2007 19:13 (UTC +04:00)

Rusiya,Moskva/müxbir Trend R.Ağayev/ Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlı Ağəli Alışova hücum və onun güllə yarası alması faktı üzrə cinayət işi qaldırıb. Bu barədə cümə günü Moskvada Trend ə Azərbaycan səfirliyindəki Azərbaycan DİN-in nümayəndəsi Vaqif Şərivof məlumat verib.

Çərşənbə axşamı axşam Moskvada Rusiyanın Xalqlar Dostluğu Universitetində bayram tədbirinin başa çatdığı zaman Azərbaycan və Ermənstan gəncləri arasında böyük toqquşma baş verib. Toqquşma nəticəsində 4 azərbaycanlı bıçaq və güllə yaraları alıb. Ən ağır güllə yarasını 22 yaşlı Ağəli Alışov alıb. O, Moskvadakı 64 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyat olunub.

Şərifov aydınlıq gətirib ki, cinayət işi Obruçevsk daxili işlər şöbəsi tərəfindən 213 ç. 1-ci - "silah istifadə etməklə dələduz hücumu" maddəsinə əsasən qaldırılıb. O, xüsusi olaraq vurğulayıb ki, bu insidentlə bağlı bütün vəziyyət, xüsusən də Ağəli Alışovun işi Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlunun şəxsi nəzarəti altındadır. Gün ərzində bir neçə dəfə səfirə bu məsələ ilə bağlı məlumatlar çatdırılır.

Bu gün bu işlə bağlı müstəntiq, Obruçevsk daxili işlər şöbəsi rəisinin istintaq üzrə müavini Aleksey Sergeyeviç Polyakovun Trend ə bildiridiyinə görə, cinayət işi qaldırılıb və bu işin prosessual qaydada aparılmasına başlanır. "Biz baş verən hadisənin şahidlərini dindirməyə hazırlaşırıq, 64 saylı xəstəxanadan tibbi arayış tələb edəcəyik. Alışova güllə açılmış silah isə artıq ekspertizaya göndərilib", - deyə müstəntiq məlumat verib.

Xəsarət almış Ağəli Alışovun bu gün Trend ə bildirdiyinə görə, Moskva şəhərinin "İnter-Advokat" vəkil kollegiyasının rəhbəri Namiq Əzimov ona vəkil ayrılıb. Alışov qeyd edib ki, özünü normal hiss edir və hazırda anası onun yanına gəlib. Ağəli Alışov həmçinin 64 saylı xəstəxanada ona qulluq edən tibbi heyətin əksəriyyətinin, həmçinin tibb bacılarının da erməni milliyətindən olması faktı ilə bağlı təəccübünü də gizlətməyib.

Xəbər lenti

Xəbər lenti