...

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri: "Görüşdə ATƏT sədrinin nəzərinə həmsədrlərin işğal olunan ərazilərdə şahidi olduqları cinayətləri gizlətdiklərini çatdırdım"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2007 13:24 (UTC +04:00)
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri: "Görüşdə ATƏT sədrinin nəzərinə həmsədrlərin işğal olunan ərazilərdə şahidi olduqları cinayətləri gizlətdiklərini çatdırdım"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın işğal olunan yeddi rayonu azad olunduqdan sonra, problemin siyasi həllinin tapılması üçün Dağlıq Qarabağda olan azərbaycanlıların hamısı öz yaşayış yerinə qaytarılmalıdır. Bu fikri çərşənbə axşamı ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Miqel Anxel Moratinosla görüşündə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Nizami Bəhmənov səsləndirib. Bəhmənov jurnalistlərə açıqlamasında bildirib ki, qapalı keçirilən görüşdə ATƏT sədrinin nəzərinə Minsk qrupu həmsədrlərinin regiona dəfələrlə səfəri zamanı Dağlıq Qarabağda şahidi olduqları cinayətləri gizlətdikləri çatdırılıb.

"Həmsədrlərin, ATƏT-in Parlament Assambleyası sədrinin regiona dəfələrlə səfərləri zamanı Azərbaycana məxsus olan tarixi və mədəni abidələrin yandırılması, meşələrin məhv edilməsi, ermənilərin qeyri-qanuni olaraq Azərbaycanın işğal olunan ərazilərində məskunlaşdırılması həmişə gizli saxlanılıb" - deyə Bəhmənov əlavə edib.

Görüşdə həmçinin ATƏT sədrinə qoşunların təmas xəttində azərbaycanlıların təhlükə altında yaşadığı bildirilib.

Tədbirdə iştirak edən ATƏT Parlament Assambleyasının sədri Qoran Len Marker qoşunların təmas xəttində azərbaycanlıların təhlükə altında yaşadığını təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti