...

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü qapalı rejimdə keçəcək – Ermənistan prezidenti mətbuat xidmətinin nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2007 11:26 (UTC +04:00)

Rusiya, Sankt-Peterburq /müxbir Trend R.Ağayev/İyunun 9-da Sankt-Peterburqun Konstantinovsk sarayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü qapalı rejimdə keçəcək. Görüşün yekununa əsasən prezidentlərin mətbuata çıxması planlaşdırılmır. Bu barədə jurnalistlərə Ermənitsan prezidentinin mətbuat xidmətinin Sankt-Peterburqdakı nümayəndəsi məlumat verib. Sankt-Peterburqa Ermənistan lideri Robert Köçəryan iyunun 9-da 11-ci beynəlxalq iqtisadi forumda iştirak etmək üçün gələcək.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının müzakirə olunacağı Ermənistan və Azərbaycan prezidentlərinin Sankt-Peterburq görüşü bu il ilk görüşdür. Öncə İlham Əliyev və Robert Köçəryan Belarus, Rumıniya və Fransada danışıqlar aparıblar. Bu danışıqlarda heç bir nəticə əldə olunmayıb.

Naməlum qalmağı arzu etmiş mətbuat xidmətinin nümayəndəsi məlumat verib ki, prezident Köçəyran Sankt-Peterburqa şənbə günü səhər gələcək, azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü günün ikinci yarısında baş tutacaq. Görüşdə iki ölkə lideri Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə edəcək. Mətbuat xidmətindən qeyd olunub ki, Ermənistan və Azərbaycan liderləri ola bilsin ki, iyunun 10-da Lenekspoda keçiriləcək MDB-nin qeyri-formal sammiti çərçivəsində şərh versinlər.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi - Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in MQ-nun himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Münaqişənin sülh yolu ilə həllinin dəstəklənməsi məqsədilə 4-5 iyun tarixində ATƏT-in fəaliyyətdə olan rəhbəri Migel Anhel Moratinos Bakı və Yerevana səfər edib. Minsk qrupunun həmsədrləri sülh təşəbbüslərinin müzakirəsi və Sankt-Peterburq görüşünə hazırlıq üçün son 15 gün ərzində iki dəfə münaqişə regionuna səfər edib.

Xəbər lenti

Xəbər lenti