...

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2007 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri iyunun 11-nə keçən gecə saat 01.30-dan 01.40-dək Ermənistanın İcevan rayonunun Kayan kəndinin şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Milli Ordusunun Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutublar. Bu barədə bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 10 dəqiqəyə yaxın davam edən atəş zamanı itki qeydə alınmayıb, düşmən cavab atəşi ilə susdurulub. Son bir həftədə də Ermənistan Silahlı Qüvvələri Qazax istiqamətində bir neçə dəfə atəşkəsi pozublar.

Qazax paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti