Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərovun Macarıstandan ekstradisiyası ilə bağlı ciddi iş aparılır.
Bu barədə bazar ertəsi Bakıda Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycan zabitinin vətənə qaytarılmasının mümkünlüyünə inanır.
Vəliyev bildirib ki, bir neçə gün öncə Macarıstandanda olub və Səfərovla görüşüb. Onun sözlərinə görə, Azərbaycan zabiti həbsxanada saxlanma şəraitindən razıdır.
Budapeşt şəhər məhkəməsinin hakmi ilə Azərbaycan ordusunun zabiti Ramil Səfərov ermənistanlı zabit Qurgen Markaryanın qətlində təqsirkar bilinərək, ömürlük həbs cəzasına məhkum edilib.
Ramil Səfərov 2004-cü ilin fevralında Markaryanı yatdığı yerdə balta ilə öldürdüyünü etiraf edib. Hadisə NATO-nun seminarı keçirilən zaman baş verib.