...

ATƏT qoşunların təmas xəttində növbəti monitorinqini keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2007 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah Hindarx-Ağdam yolunun yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçiriləcək. Bu barədə çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Miroslav Vimetal və İmre Palatinus keçirəcəklər. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazin aparacaqlar.

Ağdam paytaxt Bakıdan 380 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti