...

Prezident Aparatı rəsmisi: "Beynəlxalq qurumların rəhbərlərinin bəyanatları Ermənistana ünvanlanan mesajdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2007 18:13 (UTC +04:00)
Prezident Aparatı rəsmisi: "Beynəlxalq qurumların rəhbərlərinin bəyanatları Ermənistana ünvanlanan mesajdır"

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı, E.Hüseynov/ ATƏT-in prezidenti Qoran Lenmarkerin "Dağlıq Qarabağ münaqişəsi üzrə razılaşma imzalanmağa hazırdır" bəyanatı ümumilikdə aparılan sülh danışıqlarının gedişinə əsaslanır. Bu barədə Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov cümə axşamı Trend ə açıqlamasında bildirib.

O qeyd edib ki, beynəlxalq qurumların rəhbərləri Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları prosesini, prezidentlərin, Minsk qrupu həmsədrlərin bütün çıxışlarını, bəyanatlarını izləyirlər. Ona görə də səsləndirdikləri bəyanatlar bir görüşə deyil, ümumi proseslərə əsaslanır: "Ümumi proseslərdə də ən çox səslənən fikir bundan ibarətdir ki, tərəflər hər hansı bir razılaşmanın imzalanmasına çox yaxın idilər. Baxmayaraq ki, prezidentlərin sonuncu görüşündə heç bir nəticə əldə edilmədi, beynəlxalq qurumlar hesab edirlər ki, növbəti dəfə tərəflər razılaşma imzalaya bilərlər".

Novruz Məmmədov qeyd edib ki, danışıqlarda Azərbaycanın mövqeyi aydındır - bu danışıqların mahiyyəti münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, mərhələ-mərhələ, Dağlıq Qarabağa yüksək status verilməsi ilə həll olunmasından ibarətdir. Məmmədov hesa bedir ki, artıq bununla beynəlxalq ictimaiyyət barışıb.

"Avropa Şurasının baş katibi Terri Devisin güclü bir bəyanatı oldu ki, Azərbaycan əraziləri işğal olunub və erməni silahlıları bu ərazilərdən getməlidir. Eyni zamanda ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarkerin də məruzəsində göstərilir ki, Azərbaycanın yeddi rayonu və Dağlıq Qarabağ erməni silahlı qüvvələri tərəfindən işğal olunub, indiyədək işğal altındadır. Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene Van Der Linden də bunu deyir. Artıq dünya ictimaiyyəti bu faktı ortaya qoyur və belə bəyanatlar Ermənistana təzyiq vasitəsi və ona ünvanlanan mesajdır. Ermənilər artıq bunu başa düşməlidirlər" - deyə Prezident Aparatı rəsmisi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti