...

Azərbaycanın hakim partiyası Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkiləri"nə xüsusi reaksiya verməyə ehtiyac görmür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyul 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bu gün Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkiləri"nin nəticələrini heç bir xarici dövlət və beynəlxalq təşkilat tanımayacaq. Bu bəyanatla cümə axşamı jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov çıxış edib. Onun sözlərinə görə, artıq bir çox beynəlxalq təşkilatlar bu seçkiləri qanuni saymayıb.

"Dağlıq Qarabağ Respublikası qanundan kənar qurum olduğundan, burada keçirilən bütün seçkilər qanunsuzdur. Ona görə də Dağlıq Qarabağda "prezident seçkiləri"nin keçirilməsinə xüsusi reaksiya verməyə ehtiyac yoxdur. Qondarma qurumda keçirilən seçkilərin tanınmaması məhz Azərbaycanın qələbəsidir" - deyə Əhmədov əlavə edib.

YAP Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti