...

Ermənilər atəşkəsi yenə də pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ermənistan Silahlı Qüvvələri tərəfindən avqustun 1-i və 2-də cəbhə xəttində müxtəlif saatlarda fasiləsiz olaraq atəşkəs rejimi pozulub. Bu barədə cümə axşamı Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumatda qeyd olunub ki, atəşkəsin pozulması ermənilər tərəfindən işğal olunan Ağdam rayonunun Çıraqlı, Başqərvənd və Tərtər rayonunun Çaylı, Karmiravan və Cerabert kəndləri istiqamətində daha geniş miqyas alıb. Erməni silahlı birləşmələri Azərbaycan ordusunun mövqelərini əsasən avtomat və pulemyotlardan atəşə tutublar. Cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti