...

Nazir müavini: "Bütün ermənilər Azərbaycanın Laçın rayonu ərazisini tərk etməlidirlər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Avqust 2007 15:13 (UTC +04:00)
Nazir müavini: "Bütün ermənilər Azərbaycanın Laçın rayonu ərazisini tərk etməlidirlər"

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisində olan bütün ermənilər bu yerləri tərk etməlidirlər. Bu barədə cümə günü Laçın sakinlərinin böyük hissəsinin köçürülməsi haqında məlumatı şərh edərkən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov məlumat verib.

Əzimovun fikrincə, ermənilər bu ərazidə qeyri-qanuni yaşayırlar. "Bu davam edə bilməz. Azərbaycan torpaqlarının qaytarılması prinsipial məsələdir. Öz torpağında yaşamayan insan özünü rahat hiss edə bilməz" - deyə o bildirib.

Əzimov qeyd edib ki, azərbaycanlılar öz ərazilərinə qayıdacaqlar və ermənilərlə dinc yaşamağa hazır olacaqlar" - deyə azərbaycanlı diplomat bildirib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti