Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goranboy, Ağdam və Tərtər istiqamətində atəşkəsi pozub. Müdafiə nazirliyinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilir ki, sentyabrın 4-də saat 21.45-dən 22.15-dək Ağdam rayonunun Cavahirli kəndinin, saat 23.40-dan 23.55-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdəki, sentyabrın 5-də saat 00.50-dən 01.50-dək Tərtər rayonunun Həsənqaya kəndinin, saat 01.30-dan 01.45-dək Ağdamın Sarıcalı kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini pulemyot və avtomatlardan atəşə tutub.
Bütün hallarda düşmən susdurulub.