...

Ukraynanın Azərbaycandakı səfirliyində Ali Radaya seçkilər keçiriləcək

Siyasət Materials 12 Sentyabr 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Ali Radaya növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar Ukraynanın Azərbaycandakı səfirliyində dairə seçki komissiyası öz işinə başlayıb. Bu barədə səfirlikdən məlumat verilib.

"Azərbaycanda yaşayan və ya sentyabrın 30-da Ali Radaya keçiriləcək növbədənkənar seçkilər zamanı Azərbaycan ərazisində olan Ukrayna vətəndaşları öz səsvermə hüquqlarını Ukrayna səfirliyindəki seçki məntəqəsində reallaşdıra bilərlər. Səsvermədə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır: pasport, xarici pasport, diplomatik və ya xidməti pasport, yaxud dənizçinin şəxsiyyət vəsiqəsi.

Nümayəndəlikdən, həmçinin bildiriblər ki, konsulluq xidmətində qeydiyyatda olmayan, lakin seçkilərdə iştirak etmək arzusunda olan Ukrayna vətəndaşları 22 sentyabrdan gec olmamaq şərtilə seçki komissiyasına yaşayış yeri və ünvanı göstərməklə seçicilər siyahısına daxil edilmək barədə yazılı ərizə təqdim etməli, həmçinin yuxarıda sadalanan şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədlərdən birini təqdim etməlidirlər. Azərbaycanda müvəqqəti yaşayan Ukrayna vətəndaşlarının statistikası barədə məlumatı isə səfirlik təqdim etməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti