...

Azərbaycanın Baş Prokuroru xəstəxanaya yerləşdirilib

Siyasət Materials 13 Sentyabr 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , K.Zərbəliyeva, E.Hüseynli/ Çərşənbə günü axşam Azərbaycanın baş prokuroru Zakir Qaralov xəstəxanaya yerləşdirilib. Məlumatlı mənbənin bildirdiyinə görə, prokuror xəstəyanaya ürək çatışmazlığı ilə əlaqədar olaraq yerləşdirilib. Mənbə həmçinin bildirib ki, Qaralov özünü yaxşı hiss edir və yaxın günlərdə evə buraxılacaq.

Cümə axşamı isə məlum olub ki, Baş Prokuror "Neftçilər" mərkəzi xəstəxanasına yerləşdirilib. Məlumat xəstəxananın qəbul otağından verilib, lakin Qaralova qoyulan diaqnoz hələ açıqlanmır.

Baş Prokurorluğun mətbuat xidməti məlumatı nə təsdiq, nə də təkzib edib.

Xəbər lenti

Xəbər lenti