...

Azərbaycanın siyasi partiyaları Seçki Məcəlləsi üzrə müzakirələrə dəvət olunacaq

Siyasət Materials 18 Sentyabr 2007 16:44 (UTC +04:00)
Azərbaycanın siyasi partiyaları Seçki Məcəlləsi üzrə müzakirələrə dəvət olunacaq

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ 2005-ci il parlament seçkilərində iştirak edən Azərbaycanın siyasi partiyaları Seçki Məcəlləsinin müzakirəsinə dəvət olunacaq. Bu barədə çərşənbə axşamı Venetsiya Komissiyası təmsilçisi Sergey Kuznetsov məlumat verib.

Azərbaycanda keçirilən son parlament seçkilərində "Ümid", "Ədalət", Vətəndaş Həmrəyliyi, "Ana Vətən", Böyük Quruluş, Vətəndaş Birliyi, Sosial Rifah, YAP, "Azadlıq" bloku- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Azərbaycan Demokrat (ADP), Azərbaycan Liberal (ALP) və Müsavat Partiyaları iştirak edib.

Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Seçki Məcəlləsinin mükəmməlləşdirilməsi üzrə müzakirələr başlanıb. Müzakirələrdə Avropa Şurası Venetsiya Komissiyası, ATƏT və Azərbaycan nümayəndələri iştirak edir.

Kuznetsovun sözlərinə görə, partiyalar Venetsiya Komissiyasının oktyabrın sonlarında Bakıda keçirməyi planlaşdırdığı Dəyirmi masada iştirak etmək üçün dəvət olunacaqlar.

"Azadlıq" bloku iyun ayında Venetsiya Komissiyasına Azərbaycanın Seçki məcəlləsinə əlavə və dəyişikliklərin aparılmasına dair təkliflər paketi göndərib. Burada seçki komissiyasının yeni tərkibinin paritet əsaslarla formalaşdırılmasına dair məsələ öz əksini tapıb. Blokun təklifi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmmərüzəçiləri Andreas Herkel və Toni Lloyd tərəfindən baxışdan keçirilməsi üçün göndərilib. Azərbaycanın hakim dairələri seçki komissiyası tərkibinin paritet əsaslarla formalaşdırılması ilə razı deyillər.

Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifətin komissiyalarda müxalifət və hökumət arasında yerlərin eyni bölyşdürülməsi barədə təkliflərini şərh edərkən, hal-hazırda Azərbaycanda seçki komissiyalarının paritet formalaşdırılmasının mümkün olmadığını bildirib. "Azərbaycanda siyasət yalnız hakimiyyət və müxalifətdən ibarət deyil. Siyasi proseslərdə iştirak etməyən, lakin siyasətçilərdən heç də az hüquqlara malik olmayan ictimai təbəqə mövcuddur. Buna görə paritetlik seçkilərdə bütün tərəflərin nümayəndəliyinin təmin olunacağı halda mümkün ola bilər. " - deyə Həsənov bildirib.

Əvvəllər Azərbaycan Parlament Aparatının rəhbəri Səfa Mirzəyevin Trend ə verdiyi məlumata görə, Bakıda keçiriləcək görüş zamanı səsvermə prosesində şikayətlərə baxılma müddətinin ixtisarı üzrə Seçki Məcəlləsində dəyişikliyin razılaşdırılması planlaşdırılır.

Venersiya Komissiyasının nümayəndələri əvvələr bildiriblər ki, Azərbaycanda keçirilən hər seçkidən sonra səsvermə prosesinin bir çox iştirakçıları şikayətlərə baxılma sisteminin kifayət qədər effektli olmamasından narazılıq edirlər. Bu proses seçki komissiyaları və məhkəmələr tərəfindən uzadılır.

Mirzəyev, öz növbəsində, bildirib ki, Azərbaycan tərəfi hesab edir ki, şikayətlərə, hüquqşünasların cəlb ediləcəyi xüsusi komissiyalar baxmalıdır. "Onlar Dairə Komissiyaları tərkibində müstəqil fəaliyyət göstərəcək" - deyə Mirzəyev bildirib.

Xəbər lenti

Xəbər lenti