...

Gürcüstan azərbaycanlıları anadilli orta təhsil məktəblərinin ləğvinə etiraz edirlər

Siyasət Materials 19 Sentyabr 2007 14:29 (UTC +04:00)
Gürcüstan azərbaycanlıları anadilli orta təhsil məktəblərinin ləğvinə  etiraz edirlər

Azərbaycan, Bakı / Trend , S.İlhamqızı/ Çərşənbə günü Tbilisidə 2000-dən artıq Gürcüstan azərbaycanlısı ölkənin Parlament binası qarşısında ana dilində orta təhsil məktəblərinin ləğv edilməsinə qarşı etiraz aksiyası keçiriblər. Bu barədə çərşənbə günü Trend ə mitinq edən "Gürcüstan - mənim vətənim" Birliyinin üzvləri məlumat veriblər.

Onların sözlərinə görə, yaxın vaxtlarda Gürcüstanda fəaliyyət göstərən 200-dən çox Azərbaycan dilli məktəbin mərhələli şəkildə bağlanacağı gözlənilir.

Gürcüstan Təhsil Nazirliyinin, bu təhsil müəssisələrinin bağlanması barədə hökumətin rəsmi qərarının olmadığını bildirməsinə baxmayaraq, Gürcüstanda yaşayan Azərbaycan əhalisi hesab edir ki, ana dilində təhsil aparılan məktəblər sıxışdırılır.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda 500 min azərbaycanlı yaşayır.

Mitinqçilər Gürcüstan dövlətinin siyasətini tənqid ediblər. Aksiya zamanı "Rədd olsun ölü parlament" şüarı səsləndirilib və oktyabrın 18-də Gürcüstan parlamenti qarşısında kütləvi mitinqin keçirilməsi qərarı qəbul olunub.

"İrəli Gürcüstan" hərəkatının sədri Teymuraz Şaşiaşvili bildirib ki, hər 10 gündən bir müxtəlif etiraz aksiyaları keçiriləcək.

Mitinqdə iştirak edən Gürcüstan hərəkat və partiyaları GUAM öləkələrinin müxalifət partiyaları və hərakətlarının Koordinasiya Şurasında - "GUAM - xalqın iradəsi üçün" təşkilatında təmsil olunurlar.

Xəbər lenti

Xəbər lenti