...

Dövlət Müəllimlər İnstitutunun hicablı tələbələri dərslərə buraxılmayıblar (video)

Siyasət Materials 24 Sentyabr 2007 15:36 (UTC +04:00)
Dövlət Müəllimlər İnstitutunun hicablı tələbələri dərslərə buraxılmayıblar (video)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Bazar ertəsi Azərbaycan Dövət Müəllimlər İnstitutunun bir qrup tələbəsi rektorun göstərişi ilə dərslərə buraxılmayıblar. Bu barədə bazar ertəsi hüquqlarının müdafiə olunması məqsədilə qızların müraciət etdiyi DEBAMM-ın (vicdan və məzhəb azadlığının müdafiəsi mərkəzi) sədri, hüquq müdafiəçisi İlqar İbrahimoğlu məlumat verib.

İbrahimoğlunun sözlərinə görə, İnstitutun rektoru "öz arzuları" ilə hicab geyinən tələbələrə təhsil müəssisəsinə daxil olmağı qadağan edib.

"Rektor Aqiyə Naxçıvanlı bu addımı düzgün hesab edir, onun fikri ilə razılaşmayanlara ilahiyyat fakültəsinə keçməyi məsləhət görür" - deyə İbrahimoğlu rektorla apardığı söhbətə əsaslanaraq bildirib.

Azərbaycan qaqunvericiliyinə əsasən, qadınlara yalnız şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirərkən hicab geyinmə qadağan olunur, qalan hallarda isə onların hicab geyinmələri qanuna zidd deyil.

"İnstitutun rəhbərliyi fikirləşirdi ki, qızlar utanaraq çıxıb gedəcəklər, lakin bizim təşkilat öz hüquqlarını müdafiə edən qızları dəstəkləyəndə, rəhbərliyin onları dərsə buraxmaqdan başqa bir çarəsi qalmadı" - deyə İbrahimoğlu bildirib.

"Mərkəz hələ bir neçə gün hadisələrin gedişatını izləmək niyyətindədir" - deyə İbrahimoğlu bildirib.

Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, nazirlik Müəllimlər İnstitutunda baş verən insidenti araşdırır. "Günün ikinci yarısında hüquqları institut rəhbərliyi tərəfindən pozulan qızlarla görüş keçiriləcək" - deyə nazirlikdən bildiriblər.

Xəbər lenti

Xəbər lenti