...

Azərbaycan Parlamentinin spikeri Strasburqda AŞ ilə əməkdaşlıq məsələlərini müzakirə edəcək

Siyasət Materials 27 Sentyabr 2007 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynov/ Milli Məclisin spikeri Oqtay Əsədov oktyabrın 3-5-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşılıq məsələlərinin müzakirəsi üçün Strasburqa səfər edəcək. Bu barədə Trend ə çərşənbə günü Strasburqdan telefonla Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov məlumat verib.

Səfər AŞPA sədri Rene Van der Lindenin dəvətilə baş tutacaq.

"İndi biz səfərin gündəliyini hazırlayırıq. İlkin məlumatlara müvafiq olaraq, Azərbaycan Parlamentinin rəhbəri Strasburqda AŞPA sədri ilə yanaşı, Avropa Şurasının (AŞ) baş katibi Terri Devis, Aqo qrupu və digərləri ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə Azərbaycan və AŞ arasında əməkdaşlıq məsələləri, xüsusilə də, Milli Məclis və AŞPA arasında əlaqələrin aktivləşdirilməsi, həmçinin ölkənin təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklər müzakirə olunacaq" - deyə Arif Məmmədov bildirib.

Oqtay Əsədov 2005-ci ilin noyabrında parlament seçkilərindən sonra, Milli Məclisin sədri seçilib. Bu, onun spiker qismində AŞ-ya ilk səfəridir.

Xəbər lenti

Xəbər lenti