...

Bakıda Azərbaycan və Küveyt arasında parlament əməkdaşlığı perspektivləri müzakirə olunacaq

Siyasət Materials 27 Sentyabr 2007 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan və Küveyt parlamentləri arasında əməkdaşlıq məsələləri Küveyt parlament nümayəndə heyətinin Bakıya səfəri zamanı müzakirə olunacaq. Küveytdən Azərbaycanın səfiri Şahin Abdullayev telefonla bildirib ki, parlament nümayəndə heyətinin səfəri təqribən 22-24 oktyabr tarixlərinə təyin olunub.

Səfir bildirib ki, nümayəndə heyətinin tərkibinə parlament dostluq qrupunun üzvləri daxildir. Səfər zamanı nümayəndə heyəti Azərbaycan parlamentində görüşlər keçirmək, qanunvericilik sahəsində təcrübə mübadiləsi aparmaq, ölkədəki siyasi və iqtisadi vəziyyətlə tanış olmaq niyyətindədir.

Küveytlə dostluq qrupu ötən il parlamentə krçirilən seçkilərdən sonra yaradılıb.

Xəbər lenti

Xəbər lenti