...

Rusiya kommunistlərinin rəhbəri Azərbaycan Kommunist Partiyasına müraciət edib

Siyasət Materials 28 Sentyabr 2007 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiya Kommunist Partiyasının rəhbəri, Beynəlxalq Kommunsit Partiyaları İttifaqının sədri Gennadi Züqanov Azərbaycanın Kommunist Partiyasına (AKP) müraciət edib. Bu barədə cümə günü Trend ə AKP-nin sədr əvəzi Rüstəm Şahsuvarov məlumat verib.

Züqanov Rusiya Dövlət Dumasında Kommunist Partiyasının deputat fraksiyasının rəhbəridir. Onun fraksiyası Dumada deputatların sayına görə ikinci Fraksiyadır. Rusiya Kommunist Partiyası solçu, müxalifət partiyasıdır.

Rusiyanın siyasi partiyaları dekabrda keçiriləcək parlament seçkilərinə hazırlaşırlar.

Züqanov müraciətində Dumaya seçkilərdə daha çox eloktaratın səsini qazanmaq üçün AKP-dən Azərbaycanda yaşayan Rusiya vətəndaşları arasında təbliğat aparmasını xahiş edib.

Şahsuvarov bildirib ki, artıq Züqanova cavab məktubu yazıb: "Biz Rusiya kommunistlərinə yoldaşlıq yardımı göstərərək, onların xeyrinə təbliğat aparmaq niyyətindəyik. Azərbaycanda yaşayan Rusiya vətəndaşları ilə görüşlər keçirərək, onların kommunistlərə etimad göstərməsinə çalışacağıq" - deyə Şahsuvarov bildirib.

Dumaya seçkilərlə bağlı Rusiyanın Azərbaycandakı səfirliyi səsvermə təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti