...

Mərkəzi icra hakimiyyəti orqanlarının nümunəvi strukturu təsdiq edilib

Siyasət Materials 29 Sentyabr 2007 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycan prezidenti mərkəzi icra hakimiyyəti orqanlarının nümunəvi strukturunu təsdiq edib. Prezidentin fərmanı ilə, mərkəzi icra hakimiyyəti orqanlarının nümunəvi strukturuna aşağıdakılar daxildir:

Mərkəzi icra hakimiyyəti orqanının aparatı (şöbələr və sektorlar), mərkəzi icra hakimiyyəti orqanının yanında olan dövlət agentlikləri və dövlət xidmətləri , mərkəzi icra hakimiyyəti orqanının yanında olan, tabeliyində olan orqanlar, yerli bölmələri.

Fərmana görə, orqanın strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Nazirlər Kabineti təsdiq edir"; Nazirlər Kabineti iki ay müddətində, qüvvədə olan qanunvericilik aktlarının həmin fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb, prezidentinə təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti