Azərbaycan, Bakı / Trend S.Ağayeva/ Ötən bazar günü Ukraynanın Azərbaycandakı səfirliyində Ukrayna Ali Radasına keçirilən seçkilərdə ölkədə yaşayan Ukrayna vətəndaşlarının əksəriyyəti Regionlar Partiyasına səs verib.
Bazar ertəsi növbədənkənar parlament seçkiləri ilə əlaqədar sahə seçki komissiyasının fəaliyyət göstərdiyi Ukraynanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu partiyaya 36 seçici səs verib.
İkinci və üçüncü yerləri "Bizim Ukrayna - Xalq Özünümüdafiə" (32 səslə) və "Yuliya Timoşenko Bloku" (18 səslə) tutub.
Digər partiyalar seçici səslərinin cüzi miqdarını toplayıb. Ümumilikdə seçkilərdə Azərbaycanda qeydiyyatdan keçən və bu ölkənin səfirliyindəki seçki məntəqəsində iştirak etmək hüququna malik olan 188 Ukrayna vətəndaşından 118 seçici səs verib.
Bir neçə nəfəri çıxmaq şərti ilə bütün bu seçicilər praktiki olaraq Azərbaycan paytaxtında yaşayırlar.
Ukrayna MSK-nın məlumata görə, Ukrayna Ali Radasına keçirilən seçkilərdə seçki məntəqələrindən 32,36 faiz protokolun toplanmasında sonra "Yuliya Timoşenko Bloku" (33, 24 faiz səs) liderliyini davam etdirir. İkinci yerdə Regionlar Partiysı (30,50 faiz), üçüncü yerdə isə "Bizim Ukrayna - Xalq Özünümüdafiə" (15, 5 faiz) qərarlaşıb.
Həmçinin, hazırkı yekuna müvafiq olaraq, Radaya Ukrayna Kommunist Partiyası (5,16 faiz), Litvin Bloku (4,28 faiz) və Sosial Partiya (3,32 faiz) daxil olur. Yerdə qalan partiylar Ali Radaya daxil olmaq üçün lazım olan 3 faizi toplaya bilməyib - RİA Novosti xəbər verir.
"MSK-nın sədr müavini Andrey Maqeranın brifinqdə verdiyi məlumata görə, Kiyev vaxtı ilə 3:00-da (Bakı vaxtı ilə 5:00) olan vəziyyət üzrə seçicilərin iştirakı 62,93 faiz təşkil edir.
Seçicilərin 2,58 faizi bütün partiyaların əleyhinə səs verib" - deyə Ukrayna MSK məlumat verib.