...

Ukraynalı politoloq: "Seçkilər zamanı baş verən saxtakarlıqların böyük hissəsi regionların payına düşür"

Siyasət Materials 3 Oktyabr 2007 13:24 (UTC +04:00)
Ukraynalı politoloq: "Seçkilər zamanı baş verən saxtakarlıqların böyük hissəsi  regionların payına düşür"

Azərbaycan, Bakı / Trend müxbir A.Qasımova/ Ükraynada vaxtından əvvəl keçirilən parlament seçkilərində baş verən qanun pozuntularının böyük hissəsi regionların payına düşür. "Əlbəttə ki, saxtakarlığa yol verilib və bu da daha çox regionların payına düşür, bu regionlarda əsas rəqiblər ölkənin qərb və ya şərqində olmasından asılı olmayaraq, yerli hökuməti idarə edirlər" - deyə Ukraynalı politoloq, Vəziyyətin Modelləşdirilməsi Agentliyinin direktoru Vitaliy Bala bildirib.

Son məlumatlara görə, dairə seçki komissiyalarının protokollarının 96,08%-i hesablanıb. Regionlar partiyası 34,12%, Yuli Timoşenko Bloku 30,85%, "Bizim Ukrayna-Xalq Özünümüdafiəsi" partiyası isə 14, 32% səs toplayıb. Kommunist partiyası səslərin 5,35%, Litvin bloku 3,97%, Ukrayna Sosialist Partiyası son məlumatlara görə, 3%-lik baryeri keçməyərək parlamentdə cəmi 2,93% səs toplayıb. Bütün namizədlərin əleyhinə isə seçicilərin 2,7%-i səs verib.

Balanın sözlərinə görə, ləngimələr məhz Ukraynanın şərqində müşahidə olunur (Dneprovostok, Donetsk, Odessa əyaləti...) ki, burada Regionelar Partiyası səslərin "hesablanması" prosesinə nəzarət etmək imkanına malikdir. "Prezident Yuşenko bununla əlaqədar olaraq hüquq mühafizə orqanlarına bu əyalatlərdə seçkinin nəticələri ilə bağlı ləngimələrin səbəblərini araşdırmaq barədə göstəriş verib" - deyə Bala bildirib.

Onun sözlərinə görə, hadisələrin gələcək inkişafının iki ssenarisi mövcuddur, bunlardan biri daha mümkün, digəri isə o qədər də mümkün görünmür.

"Birinci variant, bu parlamentdə o qədər də çox olmayan səs çoxluğu, yəni 10 deputat üstunlüyü ilə YTB (Yuli Timoşenko Bloku) və BUXÖ (Bizim Ukrayna-Xalq Özünümüdafiəsi) üstünlüyünün yaradılmasıdır, bu, Timoşenko başda olmaqla hökumətin formalaşdırılmasına, həmçinin Litvin Blokunun fraksiyanın qaliblərə qoşulmasına imkan verir" - deyə Bala bildirib. Eyni zamanda politoloq bildirib ki, bu blokun təxminən 10 deputatı Regionlar Partiyasına yönəlib və bununla əlaqədar olaraq şərti "parçalanma" baş verə bilər, yəni onlar koalisiya ilə birlikdə səs verməyəcəklər.

"Digər variant Regionlar Partiyası, Kommunist və Sosialist Partiyası bazasında koalisiyanın yaradılmasıdır ki, bu məsələ hələ şübhə altındadır" - deyə Bala bildirib. Lakin onun sözlərinə görə, bu vəziyyətdə Litvin Bloku olmadan keçinmək olmaz və Regionlar Partiyasının reytiqinin artması labüddür. "Bundan başqa, BUXÖ blokundan bir neçə deputatın olması da vacibdir ki, bu kifayət qədər problematik və şübhəli görünür, belə ki, BUXÖ blokunun yaradılmasına dair razılaşma imzalanan zaman Regionlar Partiyası, Ukraynanı Kommunist və Sosialist Partiyaları ilə koalisiyanın yaradılmasından imtina ilə bağlı bənd də əlavə edilib" - deyə ekspert bildirib.

"Nəticədə hadisələrin bu inkişaf variantı nəzəri variant kimi nəzərdən keçirilə bilər" - deyə ekspert qeyd edib. "Lakin real siyasi həyatda hər şey baş verə bilər, yəni geniş koalisiya da yaradıla və YTB, BUXÖ müxalifətdə qala bilər ki, bu partiyalar da belə bir formatda koalisiyanın yaradılmasının qəti əlehinədirlər" - deyə Bala bildirib.

Ukraynada vaxtından əvvəl keçirilən parlament seçkiləri sertyabrın 30-da keçirilib. Hazırda Ukraynanın Mərkəzi Seçki Komitəsi açıq iclas rejimində səsvermənin nəticələri ilə bağlı dairə seçki komissiyalarının verdiyi məlumatı qəbul edir.

Xəbər lenti

Xəbər lenti