...

Qazaxıstanın Azərbaycandakı səfiri "Batıs" SSK-nın sədri vəzifəsinə namizəddir

Siyasət Materials 9 Oktyabr 2007 13:09 (UTC +04:00)
Qazaxıstanın Azərbaycandakı səfiri "Batıs" SSK-nın sədri vəzifəsinə namizəddir

Qazaxıstan, Astana / Trend müxbir K.Konırova/ Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputov Qazaxıstanın Sosial Sahibkarlıq Korporasiyasına (SSK) başçılıq edə bilər. Qazaxıstan hökuməti "Batıs" Sosial Sahibkarlıq Korporasiyasının idarə heyətinin sədri vəzifsinə Şukputovun seçilməsini tövsiyə edib.

Sənaye və Ticarət Nazirliyinə "Batıs" SSK-nın idarə heyətinin sədri vəzifəsinə Şukputovun təyin olunmasını təmin etmək tapşırığı verilib. Bu barədə çərşənbə axşamı hökumətin Astanada keçirilən iclasında Qazaxıstan baş nazirinin müavini Umirzak Şukuyev məlumat verib.

SSK respulikanın regionlarında yerli iqtisadiyyatı canlandırmaq, muflis olmuş müəssisələri bərpa etmək məqsədilə yaradılır.

Xəbər lenti

Xəbər lenti