...

Hüqüq müdafiəçisi: "Edam cəzasi tətbiq edən ölkələrə sanksiya qoyulmalıdır"

Siyasət Materials 9 Oktyabr 2007 17:22 (UTC +04:00)
Hüqüq müdafiəçisi: "Edam cəzasi tətbiq edən ölkələrə sanksiya qoyulmalıdır"

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ "Amnesty İnternational"-ın son bir ildə dünyada edam halları barədə yaydığı statistika, beynəlxalq ictimaiyyəti tərəfindən bu növ cəzanın dayandırmaq zərurətinin göstəricisidir. "Yeganə yol, edam cəzasını tətbiq edən ölkələrə sanksiya qoymaqdır"-deyə, Dünyada Edam Əleyhinə Kampaniyanın sədri, iranlı hüquq müdafiəçisi Mina Əhədi bildirib.

Beynəlxalq insan haqları müdafiə təşkilatının və "Amnesty İnternational"-ın son bir ildə edam cəzasiı ilə bağlı verdiyi statistikalar bu cəzanın bəzi ölkələrdə geniş şəkildə icra olunmasını göstərir. Hüqüq müdafiəçilərinin fikrincə, bu növ cəzanı dayandırmaq sətin deyildir.

Əhədi çərşənbə axşamı Berlindən telefonla Trend -ə bildirib ki, "Amnesty İnternational"(Aİ)-ın verdiyi statistikalar dəqiq deyil, çünki, ölkələr edam cəzalarının statistikasını gizli saxlayır. "(Aİ) verdiyi statistikalarda Çində son bir ildə edam olunanların sayını 1000 nəfər elan edib, bizdə olan məlumat isə, 5000 nəfərdir. İranda ildə 300 nəfərin edam olunması göstərilib, bu isə həqiqi statistikadan çox azdır"- deyə, Əhədi əlavə edib. Buna baxmayaraq, dünya ictimaiyyəti edamların dayandırılmaq zərurətini başa düşüb və bu cəzanın dayandırılması üçün edam cəzasını tətbiq edən ölkələrə siyasi, iqtisadi və diplomatik sanksiyalar qoymalıdır.

Hüquq müdafiəçisi hər növ edam cəzasını pisləyərək, bildirib ki, asmaq, daş-qalaq yoxsa kimiyəvi maddələr, fərq etməz: "Edamın icrasında kimyəıi maddələrin tətbiqi mahiyyəti dəyişmir ".

Əhədi, İranda yaşı 18-dən aşağı olan yeniyetmələrin edam olunması barədə verdiyi açıqlamalarında bildirib ki, Aİ İranda edama məhkum yeniyetmələrin sayını 71 nəfər elan edib, ancaq, məndə olan məlumata görə, İran həbsxanalarında hazırda 250 yeniyetmə edama məhkum olunub və onların 17 nəfəri Əfqanıstan vətəndaşıdır.

Sabah, oktyabrın 10-u ümum-dünya edam əleyhinə mübarizə günüdür. Dünyada Edam Əleyhinə Kampaniya, BMT-nin İnsan Haqları Kamissiyası ilə birgə, Stokholm, Yutobori, Torento, Ampere(Fanlandiya), Frankfört, Bremen (Almanya), Köln, Berlin, Oslo (Norveç), London, Genf (Sveçrə) şəhərlərində, aksiya həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti