...

Azərbaycxan prezidenti Avropanın enerji təhlükəsizliyi baxımından Odessa- Qdansk boru kəmərinin vacibliyini vurğuladı

Siyasət Materials 11 Oktyabr 2007 05:00 (UTC +04:00)

Litva, Vilnüs / Trend xüsusi müxbir Y. Hüseynov/ Azərbaycan prezidenti İlham Əliyev Vilnüsdə mətbuat konfransında 300 dən artıq akkreditasiya olunmuş jurnalistərə bəyan edib ki, yaradılan Odessa-Brodı-Plotsk-Qdansk enerji nəqliyyat dəhlizi Xəzər regionunu dünya və xüsusən də Avropa birliyi ilə bağlayacaq.

Vilnüsdə keçirilən " Məsul tərəfdaşlar üçün məsul energetika " beynəlxalq konfransın birinci günündə energetika sahəsində əməkdaşlıq haqqında və Odessa-Qdansk boru kəmərinin inşası ilə məşğul olacaq bircə müəssisənin yaradılması haqqında müqavilələr imazalanıb .

İmzalanan müqaviləyə əsasən , beş ölkə - Azərbaycan , Gürcüstan , Ukrayna , Polşa və Litva bu neft kəmərini tikəcək müəssisəni təsis edirlər .

Azərbaycan prezidenti qeyd etdi ki , Krakov konfransında səslənən məsələlərin reallaşması üçün yaradılan hökümətlərarası işçi qrupunun işi ümumiləşdirilib və bu istiqamətdə işlərin davam edilməsi qərara alınıb . O, həmçinin Azərbaycanda həyata keçirilən iri miqyaslı layihələr və Azərbaycanın neft strategiyasının reallaşması işlərindən məlumat verdi .

Litva prezidenti Valdas Adamkus imzalanan sənədləri " gələcəyə yönəlmiş tarixi addım " adlandırdı .

Konfransda iştirak edən dövlət başçılarının fikrincə , bu neft kəməri Xəzərin enerji ehtiyatlarının Avropaya çatdırılmasında və bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayacaq .

İki günlük konfransda energetika sahəsində regional tərəfdaşlıq və enerji resurslarının çatdırılması məsələləri müzakirə olunur . Konfransın əsas mövzusu bütündünyada , və ilk növbədə AB ölkələrində enerji təhlükəsizliyidir .

Xəbər lenti

Xəbər lenti