...

ABŞ administrasiyası Konqresdə erməni "soyqırımı"nı tanıyan qətnamənin qəbul edilməsinə təəssüflənir

Siyasət Materials 11 Oktyabr 2007 14:56 (UTC +04:00)
ABŞ administrasiyası Konqresdə erməni "soyqırımı"nı tanıyan qətnamənin qəbul edilməsinə təəssüflənir

Amerika administrasiyası ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər üzrə Komitəsində 1915-ci il Osmanlı İmperiyası dövründə ermənilərə qarşı törədilən "soyqırım" faktını tanıyan qətnamənin qəbul edilməsindən "dərin təəssüf" hissi keçirir. Bu barədə jurnalistlərə çərşənbə günü ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Nikolas Berns məlumat verib. Diplomat ümid etdiyini bildirib ki, "ABŞ-ın ən dəyərli və mühüm tərəfdaşlarından biri olan" Türkiyə hər hansı cavab tədbirinə əl atmayacaq.

"Biz çox ümid edirik ki, Türkiyə qətnamənin qəbul edilmsindən irəli gələn təəssüf hissini bəyanatlarla çatdıracaq və bizim Türkiyə ilə mövcud olan əlaqələrimizin korlanmasına səbəb olacaq konkret addımlar atmayacaq" - deyə Berns bildirib. "Biz artıq neçə illərdir ki, əməkdaşlıq edirik və bu effektiv əməkdaşlığı davam etdirmək lazımdır".

Onun sözlərinə görə, ABŞ-ın dövlət katibi Kondoliza Rays öz türkiyəli həmkarına zəng etməyi və bu məsələni müzakirə etməyi planlaşdırır. "Biz Türkiyə rəhbərliyinə dərin təəssüf hissi keçirdiyimizi, bu qətnamənin qəbul olunmasının əleyhinə olduğumuzu və səsvermənin nəticələrinin fərqli olması üçün çalışdığımızı bildirəcəyik" - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi qeyd edib.

Erməni "soyqırımı" faktını tanıyan qətnamənin lehinə çərşənbə günü Konqresin Nümayəndələr Palatasının Xarici Məsələlər üzrə Komitəsinin 27 üzvündən 21-i səs verib. Qanunvericilər Buş administrasiyasının etirazlarına baxmayaraq, bu sənədin lehinə səs verib. İndi qətnamə Nümayəndələr Palatasının tam tərkibdə müzakirəsinə təqdim olunmalıdır.

Nümayəndələr Palatasın komtəsində qətnamənin qəbul edilməsi ilə əlaqədar olaraq Türkiyə prezidenti Abdulla Gül bu gün bəyan edib ki, "bir sıra siyasətçilər sağlam məntiqdən çıxış etməyi bacarmayıblar və böyük siyasətin maraqlarını daxili siyasi oyunların qurbanına çeviriblər". Ölkənin baş naziri Tayib Ərdoğanın fikrincə isə ABŞ Konqresində erməni "soyqırımı"na dair qətnamənin qəbul edilməsi Amerika-Türkiyə münasibətlərinə zərbə vuracaq. "Regionda əsas tərəfdaşlardan biri olan ABŞ və Türkiyə arasında münasibətlər pisləşəcək" - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti