...

Qazaxda dövriyyədən 1 kloqramdan çox narkotik maddə çıxarılıb

Siyasət Materials 16 Oktyabr 2007 12:09 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend müxbir N.Fəttulayeva/ Paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşən Qazax rayonunda yanvar-sentyabr aylarında dövriyyədən 1 kloqramdan çox narkotik maddə çıxarılıb, 21 min 455 kq yabanı çətənə kolu yandırılarq məhv edilib.

Trend in bölgə müxbirinə Qazax rayon Polis İdarəsinin rəis müavini Ədalət Sadıxov məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə 4 qr heroin, 115 qr xəşiş olmaqla, ümumilikdə 1 kq 332 qram narkotik maddə tutulub.

Sadıxov bu müddətdə narkotik maddələrin saxlanılması ilə bağlı 7, satışı ilə əlaqədar 11 faktın aşkar olduğunu bildirib. Rəis müvani əlavə edib ki, qeydiyyata alınan 18 cinayət faktı nəticəsində 17 nəfər məsuliyyətə cəlb olunub.

Rəis müavini, həmçinin "Xaş-Xaş 2007" tədbirlər planına uyğun olaraq hesabat dövründə 7 əməliyyat keçirildiyini və rayon üzrə 51 min 540 ədəd çətənə kolunun məhv edildiyini açıqlayıb.

Xəbər lenti

Xəbər lenti