...

İran Xəzər dənizi ilə bağlı razılığın imzalanma şərtlərini açıqlayıb

Siyasət Materials 17 Oktyabr 2007 17:29 (UTC +04:00)

Çərşənbə günü İran İslam Respublikasının xarici işlər nazininin müavini, prezidentin Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfəri İran televiziyasının efirində bəyan edib ki, İran regionda milli maraqlarını maksimum dərəcədə təmin etməyincə, Xəzər dənizi ilə bağlı razılıqlara imza atmayacaq, RİA-Novosti -nin məlumatında belə deyilir.

"Biz İranın Xəzər dənizində maraqlarını maksimum dərəcədə təmin etmək üçün səy göstərəcəyik. İranın Xəzər dənizində milli maraqları nəzərə alınmayınca, biz heç bir öhdəlik götürməyəcək və razılığa imza atmayacağıq" - deyə İran diplomatı bildirib.

Səfərinin sözlərinə görə, Tehran heç kəsə öz hüquqlarını məhdudlaşdırmağa imkan verməyəcək.

"Biz əminik ki, yalnız bütün beş dövlət arasında əldə olunacaq konsensus hüquqi qüvvəyə malik ola bilər. İki və ya üçtərəfli razılıqlar heç bir halda Xəzərin hüququ statusunun müəyyənləşdirilməsi işində kriteriya rolu oynaya bilməz, bu razılıqlar beynəlxalq hüquq normaları baxımından legitim deyil" - deyə Səfəri qeyd edib.

Xarici işlər nazirinin müavini, həmçinin, bildirib ki, Xəzərinyanı dövlətlərin Tehranda keçirilən zirvə görüşü zamanı imzalanmış siyasi Bəyannamə mühüm əhəmiyyət kəsb edib.

"Sənəddə beş Xəzəryanı dövlətin əməklaşlıq və mehriban qonşuluq şəraitində yaşamaq istiqamətində arzusu ifadə olunub. Zirvə görüşündə Xəzərdə üçüncü ölkələrin mövcud olması ilə bağlı ziddiyyətli məsələlər həllini tapıb" - deyə İran prezidentinin xüsusi nümayəndəsi bildirib.

"Tərəflər, həmçinin, Xəzər dənizində gəmilərin yalnız Xəzəryanı dövlətlərin bayrağı altında üzməsi barədə razılığa gəliblər, tərəflər İran prezidenti Mahmud Əhmədinejadın regional iqtisadi təşkilatın yaradılması təşəbbüsünü dəstəkləyiblər" - deyə diplomat əlavə edib.

Xəbər lenti

Xəbər lenti