...

Müsavat Partiyası üzv qəbul edildiyi beynəlxalq təşkilatdan maddi dəstək görməyəcək

Siyasət Materials 18 Oktyabr 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müsavat Partiyası, cümə axşamı üzv qəbul edildiyi Avropa Liberal-Demokrat İslahatçı Partiyası (ALDİP) adlı beynəlxalq qurumdan maddi dəstək görməyəcək. Bu barədə cümə axşamı Trend ə Müsavat Partiyasının sədr müavini Mehman Cavadoğlu açıqlama verib.

ALDP-nin oktyabrın 18-də Almaniyada keçirilən qurultayında iştirak edən Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiyasının bu quruma üzv olmaq istəyi barədə açıqlama verib. Onun müraciəti əsasında Müsavat Partiyası ALDİP-ə tamhüquqlu üzv qəbul edilib.

Mehman Cavadoğlu bildirib ki, bundan sonra Müsavatla ALDİP arasında liberal demokratiyanın inkişafı istiqamətində əməkdaşlıq yaranacaq. Müsavat Partiyası Azərbaycanda liberal dimokratiyanın inkişafına, möhkəmlənməsinə çalışacaq: "Amma ALDİP üzv partiyalar qarşısında hər hansı şərtlər, öhdəliklər qoymur və onlara maliyyə yardımları göstərmir. Həmçinin, bu beynəlxalq qurum, üzvü olan partiyaların ölkələrinin daxili işlərinə də qarışmır"-deyən Cavadoğlu əlavə edib ki, ALDİP, üzvü olan partiyalara yalnız beynəlxalq siyasi dəstək verə bilər.

Onun sözlərinə görə, gələn il Azərbaycanda keçiriləcək prezident seçkisində öz namizədi ilə iştirak etməyə qərar vermiş Müsavat Partiyası ALDİP-nin imkanlarından öz təbliğatı üçün yararlana bilməyəcək.

ALDİP Avropada liberal-demokrat dəyərlərə söykənən siyasi partiyaların birliyidir.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunurvə İsa Qəmbər gələnilki prezident seçkisində növbəti dəfə namizəd olmağa hazırlaşır.

Xəbər lenti

Xəbər lenti