...

Pentaqon rəhbəri ABŞ Konqresinin komitəsi tərəfindən "Erməni soyrqımı" faktını tanıyan qətnamənin qəbul olnması ilə bağlı öz həyəcanını ifadə edib

Siyasət Materials 19 Oktyabr 2007 12:47 (UTC +04:00)
Pentaqon rəhbəri ABŞ Konqresinin komitəsi tərəfindən "Erməni soyrqımı" faktını tanıyan qətnamənin qəbul olnması ilə bağlı öz həyəcanını ifadə edib

Mediamaksın verdiyi məlumata görə, cümə axşamı Pentaqonda ABŞ-ın müdafiə naziri Robert Qets və Ermənistanın baş naziri Serj Sarkisyan arasında aparılan danışıqlar zamanı 1915-ci il "Erməni soyqrımı"nın tanınmasına dair qətnamə mövzusuna toxunulmayıb.

İTAR-TASS agentliyinin verdiyi məlumata görə, bu barədə cümə axşamı ABŞ-ın müdafiə naziri Robert Qeyts bildirib.

Bununla yanaşı Pentaqon rəhbəri oktyabrın 10-da ABŞ Konqresi nümayəndələr Palatasının xarici əlaqələr üzrə Komitəsi tərəfindən Osmanlı imperiyasında "Erməni soyrqımı" faktını tanıyan qətnamənin qəbul olnması ilə bağlı öz həyəcanını ifadə entməyi vacib hesab edib. "Mən yenə də, qeyd emək istəyirəm ki, bu həqiqətən bizim İraqdakı hərbiçilərimizə zərər yetirə bilər və həm də, terrorla daha geniş mübarizə ilə əlaqədar vacib regionda hakim müttəfiqlərimizlə münasibətləri, bəlkədə bərpa olunmayan dərəcədə pisləşdirə bilər" - deyə Robert Qeyts bildirib.

"Mən düşünürəm ki, türklər boş yerə danışmırlar, onlar üçün bu məsələ həqiqətən əhəmiyyətlidir. Güman edirəm ki, onlar təzminat və ola bilsin hətta sərhəd xəttlərinin dəyişdirilməsi ilə bağlı mümükün aqibəti qabaqcadan görürlər" - deyə ABŞ-ın müdafiə naziri bildirib.

"Əlbəttə türklər bizim üçün İncirliyi bağlamayacaqlar, lakin ondan istifadəyə məhdudiyyətin tətbiq edilməsi riski mövcuddur ki, bu da eyni nəticəyə malik olacaq" - deyə Qeyts qeyd edib. O xatırladıb ki, İraqa hava ilə hərbi yükün 70%-ə yaxını bu aviabaza vasitəsilə aparılır.

Xəbər lenti

Xəbər lenti