...

Pakistanda yaşayan azrbaycanlılar xəsarət almayıblar

Siyasət Materials 19 Oktyabr 2007 16:13 (UTC +04:00)
Pakistanda yaşayan azrbaycanlılar xəsarət almayıblar

Azərbaycan, Bakı / Trend , E.Hüseynov/ Azərbaycanlılar ötən gecə Pakistanda törədilən iri terror aktı nəticəsində xəsarət almayıblar. "Həlak olanlar və yaralıların rəsmi siyahısında azərbaycanlıların adı yoxdur" - deyə cümə günü Trend ə Azərbaycanın Pakistandakı səfirliyinin konsulu Daşqın Şikarov məlumat verib.

Pakistan müxalifətinin lideri Benazir Bhuttonun qanlı qırğına çevrilən qayıdışı dünya ictimaiyyətini şoka salıb. Hökumətin keçmiş rəhbərinin qayıdışı ilə əlaqədar törədilən partlayışlar 140 nəfərin həyatına son qoyub, 500-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb. Bhuttonun özü yüngül güllə yarası alıb və hazırda Karaçidə yerləşən iqamətgahındadır.

Karaçidən telefonla Şikarovun verdiyi məlumata görə, bir sıra ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri artıq törədilən terror aktını pisləyib və Pakistan tərəfinə başsağlığı veriblər.

Karaçidə törədilən terror aktı Pakistanın son 60 illik tarixi ərzində, qurbanlarının sayına görə, ən böyük hadisələrdən biridir. Pakistan KİV-nin verdiyi məlumata görə, iki partlayış sürgündən qayıdan Bhuttonun gəlişini qeyd edən kütlənin hərəkət ediyi marşrut boyu baş verib. Partladıcı qurğu avtomobil karvanı, gözdən düşmüş siyasətçinin qayıdışına sevinən minlərlə insanın əhatəsində, Karaçinin küçələri ilə hərəkət edən zaman işə düşüb. Qurğular Bhuttonun zirehlə örtülmüş avtofurqonundan 5- 7 metr aralıda işə düşüb. İlkin məlumatlara görə, hücum kamikadzelər tərəfindən törədilib və onlardan biri terror əleyhinə bölmənin əməkdaşının formasında olub.

Hələ ki ölkədə fəaliyyət göstərən terrorçu qruplaşmalardan heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib, lakin Bhuttonun qayıdışından bir az əvvəl onun, hakimiyyətə gəldikdən sonra ekstremizmə soni qoyması vədinə əməl etməməsi ilə əlaqədar olaraq, ünvanına hədə-qorxular səsləndirilib.

Pakistan prezidenti general Pərviz Müşərrəf hökuməti 8 il bundan əvvəl Bhuttonu korrupsiyada ittiham edərək, ölkəni tərk etməyə məcbur edib. Prezident Pakistanın Xalq Partiyasının liderinə qarşı hücumu "demokratiyaya qarşı sui-qəsd" adlandırıb. Prezident faciəni törədənlərin tapılacağına və cəzalandırılacağına söz verib.

Xəbər lenti

Xəbər lenti