...

GUAM XİN başçıları Madriddə görüşəcək

Siyasət Materials 23 Oktyabr 2007 13:54 (UTC +04:00)
GUAM XİN başçıları Madriddə görüşəcək

Azərbaycan, Bakı / Trend S.Ağayeva/ "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat -GUAM" üzv dövlətlərinin xarici işlər nazirlərinin növbəti görüşü noyabrın 28-29-da Madriddə keçiriləcək. Bazar ertəsi Təşkilatın Katibliyindən verilən məlumata görə, nazirlər bu il İspaniyanın paytaxtında keçiriləcək ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin illik iclasında iştirak çərçivəsində görüşəcəklər.

"Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova xarici işlər nazirləri görüşünün gündəliyinə Təşkilatın imtiyazları və toxunulmazlığna dair müqavilə layihəsinin müzakirəsi daxil olacaq. Nazirlər GUAM Nizamnaməsinin təsdiq edilməsi üçün dövlətlərdaxili prosedurun sürətləndirilməsi məsələsini nəzərdən keçirəcəklər"- deyə Katiblikdən məlumat veriblər.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da, iştirakının gözlənildiyi GUAM XİN başçılarının iclasında, həmçinin GUAM Katibliyinin komplektləşdirilməsi işinə başlanmasına dair məsələnin müzakirəsi güman olunur.

GUAM formatı 1997-ci ildə Avropa İttifaqı dövlət başçılarının Strasburq görüşü zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə keçirilən ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti