...

Azərbaycan Prezidenti Litva Seyminin nümayəndə heyətini qəbul edib

Siyasət Materials 23 Oktyabr 2007 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Prezident sarayında Litva Seyminin Xarici məsələlər daimi komitəsinin sədri Yustinas Karosasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Azərbaycan-Litva münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. Litvaya sonuncu səfərlərinin müvəffəqiyyətlə keçdiyini deyən prezident ölkələr arasında əlaqələrin daha da genişlənməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Qarşılıqlı səfərləri əlaqələrin intensivləşməsinin göstəricisi kimi qiymətləndirən Yustinas Karosas Bakıya səfəri zamanı Azərbaycan və Litvanın qanunverici orqanları arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılacağını deyib.

Qonaq, ölkəsinin Azərbaycanın Avropaya inteqrasiyasına və yeni qonşuluq siyasəti çərçivəsində, Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti