...

Türkiyəyə dəstək məqsədilə Bakıda siyasi partiyaların yürüşü planlaşdırılır

Siyasət Materials 24 Oktyabr 2007 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Böyük Millət Partiyası Türkiyənin PKK terrorçularına qarşı mübarizəsinə dəstək vermək məqsədilə digər siyasi partiyalarla birgə noyabrın 10-da Bakının mərkəzində yürüş keçirməyi planlaşdırır. Bu barədə çərşənbə günü Trend ə Böyük Millət Partiyasının sədri Samir Adıgözəlli məlumat verib.

O bildirib ki, siyasi partiyaların Türkiyəyə dəstək məqsədilə birgə aksiyasını təşkil etmək üçün partiyalarla danışıqlara başlayıb. Türk millətçi, Ümid, Milli Demokratiya, Vətəndaş Həmrəyliyi və başqa partiyalarla ilkin razılığa gəlib.

"Daha geniş tərkibdə siyasi partiyaların iştirakı ilə şəhərin mərkəzi pakrlarından birində aksiya keçirməyə çalışacağıq. Əgər partiyalardan dəstək omasa və sonda tək qalsaq, Böyük Millət Partiyası özü təkbaşına yürüş keçirəcək"-deyə Adıgözəlli bildirib.

Aksiya üçün Bakı Şəhər İcra Hakimiyətinə göndəriləcək müraciətdə Bakının dənizkənarı Milli Parkı, "Sahil bağı" və başqa ünvanlar təklif ediləcək. Yürüşdə Azərbaycan və Türkiyənin bayraqlarının qaldırılması, "PKK, erməni - bunlar türkün düşməni" şüarının səsləndlirilməsi planlaşdırılır. Yürüşçülər Türkiyənin terrorizmlə mübarizəsinə dəstək nümayiş etdirəcək, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı apardığı mənfur siyasəti pislənəcək və qondarma "erməni soyqırımı"nı tanıyan ABŞ konqresmenləri tənqid olunacaq.

Adıgözəllinin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın təşkilinə icazə verməsə belə, partiya mütləq yürüş keçirməyə cəhd göstərəcək. Çünki 10 noyabr Türkiyənin dahi ictimai-siyasi xadimi Mustafa Kamal Atatürkün anım günü olduğundan, Böyük Millət Partiyası həmin gün mütləq hansısa formada Türkiyəyə dəstək nümayiş etdirilməsini vacib sayır.

Xəbər lenti

Xəbər lenti