...

Azərbaycan Prezidenti Qazaxıstanın səfirini qəbul edib

Siyasət Materials 25 Oktyabr 2007 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Prezident sarayında Qazaxıstanın Bakıdakı səfiri Andar Şukputovu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Dövlət başçısı son illər ərzində Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin əhəmiyyətli dərəcədə inkişaf etdiyini və iki ölkə prezidentlərinin qarşılıqlı rəsmi səfərlərinin bu münasibətlərin genişləndirilməsində xüsusi rol oynadığını bildirib. Siyasi, iqtisadi, energetika və digər sahələrdə əldə edilmiş razılaşmaların ölkələri bir-birinə daha da yaxınlaşdırdığını deyən Prezident Əliyev Azərbaycan-Qazaxıstan əməkdaşlığının region üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Şukputov Qazaxıstanla Azərbaycan arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini deyib.

Xəbər lenti

Xəbər lenti