...

XİN başçısı: " Estoniya AŞ-da GUAM – Dostluq Qrupunun yaradılması təşəbbüsünü dəstəkləyir"

Siyasət Materials 29 Oktyabr 2007 16:39 (UTC +04:00)
XİN başçısı: " Estoniya AŞ-da GUAM – Dostluq Qrupunun yaradılması təşəbbüsünü dəstəkləyir"

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Estoniya Avropa Şurasında GUAM - Dostluq Qrupunun yaradılması təşəbbüsünü dəstəkləyir. Bu barədə bazar ertəsi Bakıda keçirilən brifinqdə Estoniyanın XİN başçısı Urmas Paet məlumat verib.

Rəsmi Tallin GUAM-ın Vilnüs sammitinin əhəmiyyətini və AŞ-da "Demokratiya və iqtisadi inkişaf naminə Təşkilat - GUAM"a üzv dövlətlərin Dostluq Qrupunun yaradılmasına dair Litva prezidenti Valdus Adamkusun təşəbbüsünü yüksək qiymətləndirir" - deyə nazir bildirib. Paetin verdiyi məlumata görə, o Estoniyanın GUAM ilə əməkdaşlıq perspektivlərini Bakıya hazırkı səfəri zamanı azərbaycanlı həmkarı xarici işlər naziri Elmar Məmmədyarovla müzakirə edib. Onun sözlərinə görə, tərəflər siyasi və iqtisadi sahələrdə, həmçinin, AŞ-nın "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində, iki ölkənin əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Estoniyanın XİN başçısı ikitərəfli əlaqələrin kifayət qədər fəal səviyyədə olmamasından narazılığını ifadə edib. Onun sözlərinə görə, iki ölkə hökuməti tərəfindən imzalanması planlaşdırılan ikiqat vergiqoymanın qarşısının alınmasına dair müqavilə iş adamlarına ticari-iqtisadi sahədə əməkdaşlığı genişləndirməyə yardım edəcək.

Xəbər lenti

Xəbər lenti