...

Bakı Metropolitenində terror hadisəsinin baş verməməsi üçün təhlükəsizlik tədbirləri gücləndirilib

Siyasət Materials 30 Oktyabr 2007 11:33 (UTC +04:00)
Bakı Metropolitenində terror hadisəsinin baş verməməsi üçün təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli, K.Zərbəliyeva/ Bakı Metropolitenində hər hansı terror hadisəsinin baş verməməsi üçün təhlükəsizlik tədbirləri gücləndirilib, çərşənbə axşamı Trend ə Metropoliten Polisinin bölmə rəisi Şirin Əzizov bildirib. Onun sözlərinə görə, son günlər metro stansiyalarında hər hansı terrora cəhd halları baş verməyib. Əzizov bu cür hadisələrin olacağını istisna etməyib.

Bir neçə gün öncə Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonundakı N saylı hərbi hissədə qulluq edən zabit Kamran Əsədov külli miqdarda silah-sursat götürərək qaçıb. Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat tədbirləri zamanı bəlli olub ki, Əsədov radikal vəhabi dini təriqətə qulluq edir və cinayət bir qrup şəxslə törədib. Azərbaycanın hüquq-mühafizə orqanlarına radikal dini qrupların ölkənin strateji obyektlərində, o cümlədən diplomatik korpuslarında terror törədəcəkləri bəlli olub.

Əzizov deyib ki, metro polisi 1994-cü ildə baş vermiş terror aktından sonra gücləndirilmiş iş rejimində işləyir. Bu barədə bütün şəxsi heyət təlimatlandırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə bildirib ki, Azərbaycanın strateji obyektləri və diplomatik korpuslarında təhlükəsizlik tədbirləri gücləndirilib və lazımi qaydada mühafizə olunur.

Xəbər lenti

Xəbər lenti