Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məslələri üzrə köməkçisi Deniel Fridin Bakıya səfəri gözlənilir. Bu barədə çərşənbə axşamı ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik məlumat verib. Onun sözlərinə görə, səfərin proqramı hələ hazır deyil və hazırda işlənilir.
ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Frid noyabrın 1-də birgünlük səfərlə Gürcüstana gələcək. ABŞ-ın Gürcüstandakı səfirliyindən bildiriblər ki, Frid Mixail Saakaşvili və digər rəsmi şəxslərlə görüşəcək.