...

Türkiyənin Rusiyadakı səfiri: Ermənistan qonşu ölkələrə qarşı əsassız ərazi iddialarına son qoymalıdır

Siyasət Materials 31 Oktyabr 2007 11:45 (UTC +04:00)
Türkiyənin Rusiyadakı səfiri: Ermənistan qonşu ölkələrə qarşı əsassız ərazi iddialarına son qoymalıdır

Rusiya, Moskva / Trend , müxbir R.Ağayev /1991-ci ildə Ermənistanın müstəqilliyi elan edilən zaman Türkiyə onun müstəqilliyini birinci tanıyan dövlətlərdən biri olub.

Lakin Ermənistanın müstəqillik bəyannaməsində və konestitusiyasında Türkiyənin şərq rayonlarına müəyyən ərazi iddiaları saxlanıldı. Bunun ardınca Qarabağda hadisələr başlandı və Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etdi. Bu səbəbdən diplomatik münasibətlər qurula bilməzdi. Ümid edirəm ki, Türkiyə və Ermənistanın siyasi münasiböətlərinin qurulması və onların inkişafı üçün əlverişli şərait yaranacaq. Əlbəttə ki, xoş qanşuluq münasibətlərinin bərpa olunması üçün Ermənistan müstəqilliyə dair konstitusiya və bəyannaməsindən qonşu dovlətlərə qarşı əsassız ərazi iddialarını özündə ifadə edən bəndləri çıxartmalıdır.

Bu bəyanatla Türkiyə Cümhuriyyətinin yaradılmasının 84 illiyinə həsr olunmuş mətbuat konfransında Türkiyənin Rusiyadakı səfiri Kurtuluş Taşkent çıxış edib.

Səfir, həmçinin qeyd edib ki, hal-hazırda təxminən 50-60 min Ermənistan vətəndaşı qanunsuz əsaslarla Türkiyədə işliyir. Lakin Türkiyə buna göz yumur. Bundan əlavə o bildirib ki, indi hava dəhlizi üzrə Türkiyə tərəfindən Ermənistandan ayda 100-dən çox uçuşun həyata keçirilməsinə imkan yaradılır ki, bunun sayəsində Ermənistan Avropa və digər ölkələrlə əlaqə saxlayır.

Qrant Dinkin öldürülməsi və 1915-ci ildə "Erməni soyqrımı" kimi adlandırılan məsələlərə toxunan Taşkent bildirib ki, Qrant Dinkin öldürülməsi Türkiyədə böyük təəssüflə qarşılanıb və Türkiyə şok vəziyyətinə düşüb. Diplomat həmçinin məlumat verib ki, hazırda onun qatilinin məhkəmə işi aparılır və o bu citayətə görə Türkiyə cinayət məcəlləsində nəzərdə tutulan maddə ilə mühakimə olunacaq.

"1915-ci il hadisəsi isə bu və ya digər formada müzakirə oluna bilər və onların müzakirələri ali məktəblərdə və KİV-də aparılır. 2005-ci ildə Türkiyənin baş naziri Ərdoğan prezident Köçəryana Türkiyə, Ermənistan və digər ölkələrin arxivlərinin açılması və birgə öyrənilməsi, araşdırılan nəticələrin dünya ictimaiyyətinə təqdim edilməsi barədə təklif irəli sürmüşdü. Bu təklifin mahiyyəti həqiqətin elan olunması ilə əlaqələndirilirdi.

Belə olan halda ikitərəfli münasibətləri zəhərləyən məsələ gündəlikdən düşmüş olardı. Lakin əfsus olsun ki, prezident Köçəryan imtina etdi" - deyə türkiyəli dimlomat əlavə edib.

Türkiyənin qonşu Gürcüstan və Azərbaycan ərazilərində "Dondurulmuş" münaqişələr üzrə mövqeyi barədə danışarkən, Türkiyənin Rusiyadakı diplomatik nümayəndəliyinin rəhbəri qeyd edib ki, Türkiyə münaqişələrin bu dövlətlərin ərazi bütövlüyü və demokratik prinsiplər əsasında həll edilməsini dəstəkləyir. "Ərazi bütölüyü və sərhədlərin möhkəmliyi necə ki, bizim regionda, həmçinin bütün dünyada stabilliyin son dərəcə vacib prinsipləridir" - deyə diplomat çıxışını yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti