...

Gürcü və rus politoloqları Abxaziyada rus sülhməramlılarla baş vermiş hadisə barəsində

Siyasət Materials 1 Noyabr 2007 01:22 (UTC +04:00)
Gürcü və rus politoloqları Abxaziyada rus sülhməramlılarla baş vermiş hadisə barəsində

Azərbaycan, Bakı / müxbir Trend A. Qasımova, N.Kirtshalia / Rusiya öz sülhməramlılarını Gürcüstandan çıxara bilər, əgər bunu Qərb tələb eləsə. "Rusiya öz sülhməramlılarını gürcü- abxaz münaqişə ərazisindən geri çağıracaq, əgər ABŞ və ya Avropa bunu Kremldən tələb etsə",- "Panorama" analitik- informasiya mərkəzinin rəhbəri Vladimir Pribılovski belə hesab edir.

Çərşənbə axşamı, Mixail Saakaşvili Abxaziyadakı rus sülhməramlılar barəsində BMT-nın Tİ-na şikayət edəcəyini söylədi. Nümunə olaraq gürcü lideri çərşənbə axşamı baş vermiş hadisənidə söylədi. O, vaxt rus sülhməramlılar tərəfindən 5 nəfər Gürcü vətəndaşı saxlanılmışdır- gənc vətərpərvər düşərgəsinin üzvləri, və orada növbə çəkən Gürcüstan DİN- nin mühafizəçilərini və əməkdaşlərını təhqir eləyərək, bir neçə nəfəri saxlamışdırlar. Rus tərəfinin söylədiyinə görə həmin gün, rus sülhməramlilara silahla hədə-qorxu gələn Gürcüstan DİN-nin 5 əməkdaşı saxlanılıb, tərksilan edilmişdir.

Çərşənbə günü Moskvadan Pribılovski telefonla bildirdi ki, rus sülhməramlıları Gürsüstanda qalacaq, çünki enerjidaşıyıcıların bu cür qiymətlərinə baxaraq "Qərbdə həç kim Putinlə artıq söz-söhbəti istəməz".

Hadisəyə gəldikdə isə o, qeyd etdi ki, hal-hazırda Rusiya və Gürcüstan arasında elədiki, münasibətlərinin kəskinləşməsi hər iki ölkəyə sərf eləyir. "Kreml üçün bu lazımdır ona görə ki, rus əhalisinda elə bir duyğu yaratmaq üçün, güya Rusiyanı hamı incidir, ABŞ və hətta Estoniya və Gürcüstan kimi balaca ölkələr, və ona görə prezident ətrafında toplaşmaq lazımdır, kim ki Rusiyanı incitməyə qoymur" - politoloq bildirdi. Gürcüstana gəldikdə isə Saakaşviliyə bu lazımdır muxalifətin "ağzını yummaq" üçün və güya "Rusiya Abxaziya və Osetiyanı dəstəkləyir".

Gürcü politoloqu, "Gürcüstanın Açıq cəmiyyəti" fondunun rəhbəri David Darçiaşvilinin rəyinə görə, gürcü polisi və rus sülhməramlılar arasında baş vermiş hadisə bir daha sübut etdi ki, Rusiya ortaçı rolunda çıxış edə bilməz. "Bəlkə də bundan nəyəsə nail olmaq olar, amma bu yalnız təbliğat qazancı ola bilər" - Darçiaşvili "Trendə" bildirdi.

Gürcü politoloqu həsab edir ki, Gürcüstan və Rusiyanın belə münasibətlərinin başlanğıcı çox dərindi, nəyinki özəl silahlı üzvlərinin qarşıdurması. "Gürcülərin və rusların qarşıdurması, mən ali hakimmiyyət və siyasi elitanı nəzərdə tuturam, daha güclüdur, nəyinki gürcülər və abxazlar arasında və ona görə də Rusiya, Abxaziya münaqişəsində ortaçı rolunda çıxış edə bilməz"- politoloq söylədi.

O, prezident Saakaşvilinin hadisə yerinə getməsini düzgün həsab etmir. "Gürcüstan bir ölkə kimi ilk addımlarını atır və prezidentin hadisə yerinə gəlməsi, sülhməramlıq prossəsinin formatina, diqqətinin cəlb edilməsinə yönəlib"- Darçiaşvili dedi. Onun rəyinə görə, Saakaşvili beynəlxalq cəmiyyətinin diqqətini cəlb etməyə çalışır. "Mixail Saakaşvilinin bu addımı ilə beynəlxalq cəmiyyətinə bildirmək istəyidiki, vəziyyət bələ davam edə bilməz" - politoloq əlavə etdi.

Çərşənbə günü Gürcüstanın XİN MDB-nin icra komitesinə və Rusiyanın Gürcüstandakı səfirinə etiraz notasını yolladı. Notada deyilirki, Gürcüstan hakimiyyəti MDB və RF-nın rəhbərlərindən rus hərbiçilərinin qanunsuz hərəkətlərinin izahını və sülhməram qüvvələrinə komandanlıq edən Serqey Çabanın Gürcüstandan dərhal geri çağırmalarını tələb edir.

Xəbər lenti

Xəbər lenti