...

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri üçün avtomobillər alınacaq

Siyasət Materials 1 Noyabr 2007 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/2007-ci ilin sonuna qədər Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri üçün 29 ədəd avtomobil alınacaq. Bu barədə cümə axşamı Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, avqust ayında Almaniyanın "BMW" şirkəti ilə müqavilə imzalanıb. Müqaviləyə görə, Azərbaycan hökuməti alınacaq nəqliyyat vasitələrinin pulunu bank vasitəsi ilə "BMW" şirkətinin hesabına köçürəcək. Azərbaycanın diplomatik nümayəndəlikləri avtomobilləri "BMW" şirkətinin Münhendə yerləşən zavodundan götürəcəklər. Avtomobillərin istismar müddəti başa çatdıqdaq sonra "BMW" şirkəti onları geri alacaq.

2008-ci ildə isə, "BMW" şirkətindən 32 avtomobilin alınması nəzərdə tutulub.

Bundan başqa, hökumət Azərbaycanın daha 5-6 xarici ölkədəki diplomatik nümayəndəliyi üçün xüsusi iqamətgah alacaq.

Hazırda Azərbaycanın 55 ölkədə diplomatik nümayəndəliyi fəaliyyət gösətərir. Onlardan yalnız 18-i Azərbaycana məxsus mülkiyyətdə yerləşir.

"Dövlət büdcəsindən Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin təxminən 30-40%-i mənzillərin kirayəsinə sərf olunur. Ona görə də yaxın vaxtlarda Azərbaycanın xaricdəki diplomatlarına mənzillərin alınmasına da başlanılacaq. Hər il bir səfirlik üçün bir mənzil alınacaq".

Hazırda Azərbaycanın 55 ölkədə diplomatik nümayəndəliyi fəaliyyət gösətərir. Bunlar 46 səfirlik, 4 beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlik, 5 baş konsulluqdur. Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində 558 nəfər diplomat çalışır.

Xəbər lenti

Xəbər lenti