...

Kiyevdə "Qara dəniz regionunun təhlükəsizliyi və sabitliyi kontekstində dondurulmuş münaqişələrin nizamlanması" adlı konfrans keçiriləcək

Siyasət Materials 2 Noyabr 2007 12:27 (UTC +04:00)

Ukrayna, Kiyev / Trend müxbir Z.Novosvitski/ Noyabrın 14-15-də Kiyevdə "Qara dəniz regionunun təhlükəsizliyi və sabitliyi kontekstində dondurulmuş münaqişələrin nizamlanması" adlı konfrans keçiriləcək. Bu barədə Ukraynanın Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir. Verilən məlumata əsasən, konfrans iştirakçılarının xarici işlər nazirləri və xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunacağı planlaşdırılır.

Konfransın təşəbbüskarları Ukrayna Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Xarici Siyasət İnstitutu, "Ukraynanı kəşf et" fondu, həmçinin Ukraynanın Sülh, Konversiya və Xarici Siyasət Mərkəzidir.

Xəbər lenti

Xəbər lenti