...

Səfir: "ikinci Polşa milli sərgisinin 75%-dən çoxu ilk dəfə olaraq Azərbaycanda təqdim olunub" (video)

Siyasət Materials 5 Noyabr 2007 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı , müxbir S. Ağayeva\ Noyabrın 7-8 -də Bakıda keciriləcək ikinci Polşa milli sərgisinin 75%-indən çoxu ilk dəfə olaraq Azərbaycanda təqdim olunacaq.

Bu haqda jurnalistlərə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski bazar ertəsi məlumat verib. Polşa Təsərrüfat Palatasının yardımı ilə təşkil olunan, Azərbaycan və Polşa İqtisad nazirliklərinin himayəsilə keçirilən sərgidə tikinti, sənaye, metallurgiya, energetika, mebel istehsalı, farmasevtika, kimya sənayesi və digər sahələrdə ixtisaslaşmış şirkətlər iştirak edəcəklər. "Ümumulikdə Polşanın 40 qabaqcıl şirkətləri təmsil olunacaq. Hər iki ölkənin işgüzar insanları ticarətlərini xeyli genişləndirmək imkanı əldə edəcəklər", - səfir deyib.

Diplomat deyib: " keçən il təşkil olunan Birinci Polşa sərgisi çoxsaylı müqavilə və əlaqələrlə nəticələnib, Azərbaycanda Polşa ixrac təklifinə marağı xeyli genişləndirib".

Sərgi zamanı, həmsədrlərin - Heydər Babayev (Azərbaycan) və Petr Voznyakın (Polşa) iştirakı ilə Hökumətlərarası komissiyanın iqtisadi əməkdaşlıqla bağlı iclasının keçirilməsi planlaşdırılır. "İclasın yekununda, protokol imzalanacağı gözlənilir",- səfir deyib.

Xəbər lenti

Xəbər lenti