...

Avropa Şurası Azərbaycana ölkə əhalisinin bütün təbəqələri tərəfindən dəstəklənə bilən seçki sistemi təklif edir

Siyasət Materials 6 Noyabr 2007 12:05 (UTC +04:00)
Avropa Şurası Azərbaycana ölkə əhalisinin bütün təbəqələri tərəfindən dəstəklənə bilən seçki sistemi təklif edir

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Avropa Şurası (AŞ) Azərbaycana ölkə əhalisinin bütün təbəqələri tərəfindən dəstəklənə bilən seçki sistemi təklif edir. Bunu çərşənbə axşamı jurnalistlərə AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosiya bildirib.

"Biz seçki komissiyasının hər hansı bir formatına üstünlük vermirik, biz siyasi partiya və hərəkatları razı sala bilən sistemi dəstəkləyirik" - deyə o bildirib.

Onun sözlərinə görə, Avropa Şurası hakim dairələrə və siyasi partiyalara noyabrın 9-da Bakıda Venesiya Komissiyasının üzvləri ilə baş tutacaq görüş zamanı öz mövqelərini azad ifadə etmək üçün imkan yaradacaq.

"Avropa Şurasının 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərindən gözləntisi - seçkilərin azad və demokratik şəraitdə keçirilməsidir" - deyə AŞ-nın xüsusi nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti