...

Bakıda dələduzluq yolu ilə 370 min dollar əldə edən şəhər sakini tutulub

Siyasət Materials 7 Noyabr 2007 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakıda dələduzluq yolu ilə 370 min dollar əldə edən şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə günü bildiriblər ki, Bakı şəhər sakini Emin Mənsurov Adəm Nəbizadənin etimadını qazanaraq saxta sənədlər təqdim etməklə mənzil satacağı adı ilə ondan 70 min dollar pulunu alıb. Məmmədov ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun saxta sənədlər əsasında 5 nəfər vətəndaşın etimadını qazanaraq onlardan 300 min dollar pul alması müəyyən edilib.

Faktla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti