...

15 günlük Fövqəladə vəziyyət Gürcüstanın bütün arazisinə tədbiq olunub

Siyasət Materials 8 Noyabr 2007 02:02 (UTC +04:00)
15  günlük   Fövqəladə   vəziyyət   Gürcüstanın   bütün   arazisinə   tədbiq   olunub

Gürcüstan ərazisində fövqəladə vəziyyət 15 gün müddətinə təyin olunub. "Novosti-Qruziya"nın verdiyi məlumata görə, bu barədə iqtisadi inkişaf naziri Qiorqiy Arveladze xəbər verib.

Üç bəndə aid məhdudiyyətlər qüvvəyə minib :

- Mülümatın alınması və yayılması ;

- İclas və mitinqlərin keçirilməsinə hüqüq ;

- Tətil hüququ .

" Məlumat alınması və yayılması İctimai telefiziyadan başqa bütün elektron və çap Kütləvi informasiya vasitələrinə qadağa edilir " - deyə Arveladze bildirib .

Nazir qeyd edib ki , bütün KİV-lər bu barədə rəsmi bildiriş alacaqlar . Sərəncam bu andan qüvvəyə minir .

Rustavi-2 telekanalı iki həftədən sonra görüşmək arzusu ilə artıq öz tamaşaçıları ilə vidalaşıb . Hal hazırda debatlar yalnız ictimai kanalın efirində gedir , digər telekanallar bədii filmlər nümayiş etdirirlər .

Dövlət dəftərxanası hal hazırda şərh verməkdən imtina edir .

Xəbər lenti

Xəbər lenti