...

Azərbaycan prezidenti Polşanın iqtisadiyyat nazirini qəbul edib

Siyasət Materials 8 Noyabr 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Prezident sarayında Polşanın iqtisadiyyat naziri, Polşa-Azərbaycan Hökumətlərarası iqtisadi komissiyasının həmsədri Pyotr Qjeqoj Voznyakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanla Polşa arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini deyib. Prezident Əliyev Polşanın iqtisadiyyat nazirinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyini bildirib.

Voznyak ölkələr arasında iqtisadi sahədə, eləcə də enerji sahəsində əməkdaşlığın inkişaf etdiyini deyib. O, bu istiqamətdə əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından hər iki ölkə prezidentinin Vilnüsdə keçirdiyi görüşünün əhəmiyyətini qeyd edib.

Xəbər lenti

Xəbər lenti