...

XİN: " Azərbaycan Gürcüstanda tezliklə sülh və sabitliyin bərqərar olmasını arzulayır"

Siyasət Materials 8 Noyabr 2007 16:34 (UTC +04:00)
XİN: " Azərbaycan Gürcüstanda tezliklə sülh və sabitliyin bərqərar olmasını arzulayır"

Azərbaycan, Bakı / Trend , müxbir S. Ağayeva / Azərbaycan Gürcüstanda tezliklə sülh və sabitliyin bərqərar olmasını arzulayır. Gürcüstanda baş verənlər haqda Azərbaycan xarici siyasət idarəsinin mövqeyini cümə axşamı XİN-nin mətbuat katibi Xəzər İbrahim bildirib.

Bütün Gürcüstan ərazisində 15 günlük fövqəladə vəziyyət elan olunub və KİV-nin işinə məhdudiyyət qoyulub. Bu qərarı Gürcüstan prezidenti Mixail Saakaşvili qəbul edib. Gürcüstanın xüsusi təyinatlı dəstəsi çərşənbə günü, müxalifətin mitinqinin dağıdılması zamanı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Xatırladaq ki, müxalifət, noyabrın 2-dən başlayaraq, prezidentin istefası və 2008-ci ilin aprelində parlament seçkilərinin keçirilməsi tələbilə, Tbilisidə etiraz aksiyaları keçirir. Mitinqin 200-dən artıq iştirakçısı və müxalifətin bir neçə lideri, müxalifətin Tbilisinin mərkəzində keçirdiyi mitinqin dağıdılması zaman istifadə edilən gözyaşardıcı qazdan zəhərlənərək, xəstaxanaya düşüblər. Bundan əlavə, onlarla mitinq iştirakçısı müxtəlif xəsarətlər alıblar.

"Azərbaycan və Gürcüstan qonşu dost ölkələrdir və biz bu ölkədə gərginliyin olmasını istəməzdik", - İbrahim deyib.

Xəbər lenti

Xəbər lenti