...

Ukrayna politoloqu: "Sülhməramlı kontingentin GUAM-ın nəzdində yaranması mümkündür"

Siyasət Materials 9 Noyabr 2007 20:46 (UTC +04:00)

Ukrayna, Kiyev / Trend , müxbir D. Bobesyuk/ Sülhməramlı kontingentin GUAM-ın nəzdində yaranması mümkündür, - Rusiyanın öyrənilməsi İnstitutunun (Kiyev) direktoru, Ukrayna politoloqu Viktor Konstantinov belə deyib.

"Ukraynanın sülhməramlı kontingentlərdə iştirak etmək təcrübəsi olsa da,idarəetmə təcrübəsi yoxdur", - o deyib.

Politoloqun sözlərinə görə, sülhməramlı kontingent Gürcüstan və Ukraynadakı texniki vasitələrin mövcudluğunu nəzərdə tutur, hər iki ölkənin sülhməramlı əməliyyatlarda iştirak etmək təcrübəsi var. "Eyni zamanda, sülhməramlı kontingentin yaranması maliyyə və idarəetmə təcrübəsinin olmasını nəzərdə tutur - bu iki mövqedə isə, GUAM-ın problemləri var", - ekspert hesab edir.

Konstantinovun sözlərinə görə, GUAM öz kontingentini yarada bilər, lakin sərbəst olaraq sülhməramlı əməliyyatlarda iştirak edə bilməz. GUAM-ın sərbəst rolu son dərəcə rəmzi olacaq.

Konstantinovun fikrincə, GUAM-ın Qarabağ münaqişəsinin həllində iştirakı real görünmür.

Xəbər lenti

Xəbər lenti